Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 23:46
Moskvada qatar yeniyetmə qızı vurub.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, hadisə Moskva Dəmiryolunun Belarus istiqamətində Moskva yaxınlığındakı Dorohovo platformasında baş verib. 16 yaşlı qız ekspress qatarın təkərləri altında ölüb.
Məlumata görə, qız qatardan düşüb və keçidə getməyib. Onun üçün əlverişli olan yerdə relslə qaçmağa üstünlük verib. O, yaxınlaşan qatarın fərqinə varmayıb və qızı Kalininqrad-Moskva sürətli qatarı vurub. Yeniyetmə aldığı xəsarətlərdən yerindəcə keçinib.