Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 07:52
Yalnız Ukraynanın hərbi uğurları Rusiya ilə gələcək danışıqların perspektivlərini yaxşılaşdıra bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
"Mən Rusiyanın indi ciddi şəkildə danışıqlara kökləndiyini düşünmürəm. Və düşünürəm ki, yalnız Kiyevin döyüş meydanında irəliləyişi gələcək danışıqlar üçün perspektivləri yaxşılaşdıra bilər", - Börns bildirib.
Onun sözlərinə görə, Ukrayna danışıqların mümkün olub-olmamasına qərar verməlidir. Və buna görə də döyüş meydanında üstünlük əldə etməsi üçün bu ölkəyə Amerika yardımını davam etdirmək həyati vacibdir.