Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib

Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib

Tarix: 27 Fevral 2023 13:10

Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində çıxarılmış məcburi gətirilmə qərarının hələlik icra olunmadığı elan olunub. Sümbülə Əliyevanın ayaqlarında şiş yarandığından iclaslarda iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat verdiyi bildirilib.

Qeyd edək ki, Sümbülə Əliyeva ardıcıl 8 prosesə gəlməyib. Məhkəmədən yayındığına görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İttihama görə, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.

İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Etiketlər:  Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ