Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 14:34
ABŞ Enerji Departamenti koronavirusun mənşəyi ilə bağlı yeni nəticəyə gəlib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, departament bu yaxınlarda Ağ Evə və Konqresin əsas üzvlərinə məxfi kəşfiyyat hesabatı təqdim edib.
ABŞ Enerji Departamenti Federal Təhlükəsizlik Bürosunun oxşar hesabatı ilə eyni nəticəyə gəldiyini və virusun çox güman ki, Çinin Vuhan şəhərindəki bir laboratoriyadan sızma nəticəsində yayıldığını bildirib.
Sözügedən kəşfiyyat hesabatı heyvan mənşəli nəzəriyyəni rədd edir və virusun yayılmasının təsadüfi qəza nəticəsində olduğunu deyir.
Qeyd edək ki, ötən dövrdə Çinin "Koronavirus sənədləri"nin ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirildiyi və Çinin sirr olaraq saxladığı layihənin deşifrə edildiyi barədə məlumat yayılıb.