Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 16:35
İctimai televiziyada yayımlanan "Səs Azərbaycan" yarışmasında maraqlı olay yaşanıb. İkinci Qarabağ müharibəsinin iştirakçısı Məbud Əhmədov özünü bu səhnədə sınayıb.
Sonxeber.net bildirir ki, amma, münsiflər (Gülyaz Məmmədova, Samirə Əliyeva, İlqar Xəyal) ona dönməyiblər.
Etdikləri hərəkətdən peşman olan jürilər "Adam xəcalət çəkir. Siz artıq əsas qələbəni qazanmısınız" sözləri ilə təsəlli etməyə çalışıblar. Onlar hətta Məbudun yenidən oxumasını və səhvlərini düzəltməsini də istisna hal kimi xahiş ediblər.
Qeyd edək ki, Məbud əməliyyat masasında "Qarabağ" ifası ilə məşhurlaşıb.