Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 22:03
Sizin (Sergey Lavrovun-red.) səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.
Dövlətimizin başçısı deyib: "Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir".