Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: ''Ötən il Azərbaycan-Rusiya münasibətləri çox dinamik xarakteri ilə əlamətdar olub''

İlham Əliyev: ''Ötən il Azərbaycan-Rusiya münasibətləri çox dinamik xarakteri ilə əlamətdar olub''

Tarix: 27 Fevral 2023 22:06

Ötən il Azərbaycan-Rusiya münasibətləri çox dinamik xarakteri ilə əlamətdar olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

"Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.


Etiketlər:  İlham Əliyev Ötən Azərbaycan Rusiya münasibətləri çox dinamik xarakteri ilə əlamətdar olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ