Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unibankın dəstəyi ilə iki idmançımız Tokio-2020-yə lisenziya qazanıb

Unibankın dəstəyi ilə iki idmançımız Tokio-2020-yə lisenziya qazanıb

Tarix: 16 Oktyabr 2019 19:44

Bakı. Trend:

“Unibank”ın dəstək verdiyi paralimpiya komandası böyük uğura imza atıb.

Bankdan Trend-ə verilən məlumata görə, güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov 7-17 oktyabr tarixlərində Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstəriblər.

Hər iki paralimpiyaçı gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıblar.

İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisinin məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılması qürurvericidir. Unibank bütün idmançılarımıza uğurlar arzulayır.

Xatırladaq ki, Unibank 2018-ci ildə Azərbaycan bank sektorunda ən böyük KSM layihələrindən birinə imza atıb. 2020-ci ilin yayınadək bank Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir.

Hədəf- TOKİO 2020!

Unibank- hər kəsin bankı!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Unibankın dəstəyi ilə idmançımız Tokio 2020 lisenziya qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ