Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Emrelidən ''Konyaspor''da gözləntilər yüksəkdir''

''Emrelidən ''Konyaspor''da gözləntilər yüksəkdir''

Tarix: 28 Fevral 2023 22:08

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu həftə Türkiyə superliqasında debüt edə bilər.

Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu haqda Konyanın "Yeni Haber" nəşri məlumat yayıb. 25 yaşlı hücumçunun yeni komandası olan "Konyaspor" 23-cü turda "Giresunspor"u qəbul edəcək. Görüş martın 5-i, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 

Bildirilib ki, hücumçulardan Mame Diuf cəzalı duruma düşüb, Muhammet Demir isə məşqlərdə iştirak etsə də, onun qarşıdakı matçda iştirakı real görünmür. Qəzetin yazdığına görə, Mamenin yoxluğu səbəbindən start heyətdə Emreli yer alacaq.

Qəzet həmçinin yazıb: "Dinamo" Zaqrebdən mövsümün sonuna kimi icarəyə götürülən Emrelidən "Konyaspor"da gözləntilər yüksəkdir. Uzun boya malik yeni transfer əsasən cinahlardan Gilyerme və Ahmet Oğuzdan gələcək ötürmələri gözləyəcək". 

Qeyd edək ki, hazırda "Konyaspor" 22 oyundan 27 xalla turnir cədvəlində 8-ci yeri tutur.


Etiketlər:  Emrelidən Konyasporda gözləntilər yüksəkdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ