Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 17:54
Rusiyanın Altay diyarında bir neçə iş adamına qarşı dələduzluq baş verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 39 yaşlı kişi səsini dəyişərək əvvəlcədən kimliyini müəyyən etdiyi iş adamlarına zəng vurub. O, "Jora Altayski" ləqəbli "qanuni oğru" olduğunu bildirib. Təcili onun kartına pul göndərməsini tələb edib. Yalançı "qanuni oğru" əks halda iş adamlarını sərt cəzalandıracağını bildirib. Bu hal bir neçə dəfə təkrar olunduqdan sonra biznemenlərdən biri polisə şikayət edib.
Polis yalançı avtoritetin iznə düşərək onu həbs edib.