Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

VAR hakimləri çaşbaş qaldı - Bilmədilər nə qərar versinlər - VİDEO

VAR hakimləri çaşbaş qaldı - Bilmədilər nə qərar versinlər - VİDEO

Tarix: 2 Mart 2023 17:12

Türkiyə 2-ci liqasının təxirə salınmış "Eyüpspor"-"Bodrumspor" qarşılaşmasında maraqlı hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, oyunun 89-cu dəqiqəsində hesab 1-0 "Eyüpspor"un xeyrinə olarkən meydan sahibləri daha bir qol vurub. Lakin oyunun hakimi qolun qaydalar çərçivəsində vurulmadığını əsas gətirərək ləğv edib. Bundan sonra VAR hakimləri əsas hakimin səhv qərar verdiyini hesab edərək, onu epizodu izləməyə dəvət ediblər. Hakim epizodu izləyəndən sonra qolu qeydə qalıb.

Rəqib oyunçular topu mərkəzdən oyuna daxil etməyə hazırlaşarkən VAR, hakimi yenidən epizoda baxmağa dəvət edib. Məlum olub ki, VAR hakimləri ilk qərarlarının səhv olduğunu başa düşüblər. Əsas hakim epizodu təkrar izləyəndən sonra qolu yenidən ləğv edib. Oyun 1-0 hesabı ilə başa çatıb.

Milli.Az


Etiketlər:  hakimləri çaşbaş qaldı Bilmədilər qərar versinlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ