Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 17:35
"16 noyabr 2016-cı ildə çəkilişdən mənə bu rəsmi göndərdi ki, ilk selfimi çəkdim. Elə sevinirdi ki... Gözəl, nur üzlü həyat yoldaşım! Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən kiçik şeylərdən belə xoşbəxt olmağı bacarırdı".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, təklikdən yorulduğunu dilə gətirib:
"İnsan özü ilə nə qədər danışar? Bezmişəm tək danışmaqdan! Əslində sən yaşadın, ölən mən oldum, gözəl üzlü yarım! Rəbbim şahiddir ki, sənə qovuşacağım günü necə gözləyirəm. Hələlik o günə qədər sənin məndə yadigar qalan parçanla davam edəcəyəm!".
Qeyd edək ki, sabah Tünzalə Əliyevanın vəfatından 40 gün ötür. Aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra yanvarda dünyasını dəyişib.