Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 14:02
Rusiyanın Moskva vilayətində dörd naməlum şəxs iş adamına hücum edərək ondan 20 milyon rubl alıb.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, daha sonra onlar biznesmenin ayağını sındırıb.
Hadisə Krasnoqorskda baş verib. Məlumata görə, sahibkar təcili olaraq valyuta almaq qərarına gəlib. O, öz köməkçisi olan qıza niyyətini söyləyib. Qız tez bir zamanda mübadilə edə biləcək insanlar tapıb.
İş adamı banka gələrkən kombinezonlu şəxslər onu yerə yıxaraq bütün pulları götürüblər. Bundan sonra iş adamının ayağını sındıraraq qaçıblar.