Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minlərlə traktor Brüsselin mərkəzini bağladı - VİDEO

Minlərlə traktor Brüsselin mərkəzini bağladı - VİDEO

Tarix: 4 Mart 2023 15:26

Belçika paytaxtında yerli fermerlərin kütləvi etiraz aksiyası keçirilib.

Onlar minlərlə traktoru Brüsselin mərkəzinə apararaq nəqliyyatın hərəkətinə mane olublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhər rəhbərliyi aksiyanın keçirildiyi ərazilərə səyahətdən çəkinməyi tövsiyə edib. Nümayiş təşkilatçıları təxminən 2700 traktoru paytaxtın küçələrinə toplayaraq yolları bağlayıb və təkərləri yandırmağa başlayıblar.

Belçikalı kənd təsərrüfatı istehsalçıları ölkənin şimal bölgəsi - Flandriya hökumətinin təklif etdiyi "Azot planı" adlanan iqlim planının qəbul edilməsi ilə razılaşmadıqlarını bildiriblər. Bu sənəd təsdiq olunarsa, 2025-ci ilə qədər qırxdan çox təsərrüfat bağlanacaq.

Plan ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə və Belçikanın Aİ-nin ekoloji standartlarına uyğunluğuna əsaslanır. Ekoloqların fikrincə, ətraf mühitə ən çox ziyan vuran donuz və quşçuluq təsərrüfatlarıdır. Belə ki, onlar xüsusən də azot tərkibli tullantılarla torpağı və havanı çirkləndirirlər.

Milli.Az


Etiketlər:  Minlərlə traktor Brüsselin mərkəzini bağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ