Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 19:46
Türkiyədə dağıdıcı faciə olacağını öncədən deyən son zamanların məşhur seysmoloqu Frank Huqerbits youtube kanalında yeni yealtı təkanlar barədə proqnoz verib.
Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, o, mart ayında Uzaq Şərq və Rusiyada zəlzələ təkanlarının olacağını deyib.
Onun fikrincə, Yerə Merkuriy və Saturnun kritik yaxınlaşması səbəbindən 3 - 7 mart arası Yerdə meqazəlzələlər ola bilər.
"Daha aktiv zonalar Sakit okeanın qərb hissəsidir. Kamçatka, Yaponiya, Filippin, Rusiya, İndoneziyada 7-8,5 bal gücündə zəlzələlər olacaq.
Qeyd etdiyim ərazilərdə sakinlər hazırlıq planı hazırlamalıdır.
Martın ilk həftəsi çox vacibdir. Biz çox güclü seysmoloji hadisə yaşaya bilərik.
Yer bir balaca silkələnən kimi siz dərhal evi, binanı tərk etməlisiz".