Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pamela Anderson “Playboy” çəkilişlərindən danışdı: “Çox utancaq idim”

Pamela Anderson “Playboy” çəkilişlərindən danışdı: “Çox utancaq idim”

Tarix: 5 Mart 2023 16:40

Amerikalı məşhur aktrisa və model Pamela Anderson "Playboy" jurnalına çəkilməzdən əvvəl çox utancaq olduğunu etiraf edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu barədə "One-on-One" jurnalının xüsusi buraxılışına müsahibəsində danışıb.

Anderson ilk dəfə 1989-cu ildə, aktrisalıq karyerasına başlamazdan bir müddət əvvəl "Playboy"un üz qabığında görünüb. O, bu çəkiliş təcrübəsini xatırlayaraq, təbii utancaqlığını aradan qaldırmaq üçün öz üzərində xeyli çalışmalı olduğunu etiraf edib.

"Bu çəkilişlər o qədər yorucu idi ki, içimdəki daxili mübarizə də məni qalan gücümdən məhrum edirdi. Mənə elə gəlirdi ki, o qədər yöndəmsizəm ki, model roluna qəti uyğun deyiləm. Ətrafımdakı hər kəsin çox gözəl olduğunu düşünürdüm və özümü onların sıralarında saxtakar kimi hiss edirdim", - ulduz deyib.

Milli.Az


Etiketlər:  Pamela Anderson Playboy çəkilişlərindən danışdı Çox utancaq idim


RƏYLƏR