Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2023 23:54
Premyer Liqanın 25-ci turunda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i 7:0 hesabı ilə məğlub edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, görüş "Enfild" stadionunda baş tutub. Qolları Kodi Qakpo (43-cü və 50-ci dəqiqə), Darvin Nunes (47, 75), Məhəmməd Salah (66, 83), Roberto Firmino (88) vurub.
Daha əvvəl eyni hesabla "Blekbern" (1926), "Aston Villa" (1930) və "Vulverhempton"a (1931) məğlub olan "Mançester Yunayted" tarixində dördüncü dəfə 0:7 hesabı ilə məğlub olub. Bu nəticə klub tarixində ən böyük hesablı məğlubiyyətdir.