Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 11:35
Müğənni Ayan Babakişiyeva plastik əməliyyat etdirib.
Bu haqda sənətçi "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, etdirdiyi cərrahi müdaxilə nə az nə çox, düz 6 saat davam edib:
"Bir neçə estetik əməliyyatlar keçirdim. Özümü yaxşı hiss edirəm. Beş-altı saat əməliyyatda qaldım. Elə əməliyyatlarım olub ki, onlar yeddi-səkkiz saat çəkib. Bu əməliyyatlardan sonra beş-altı il sakit yerimdə oturacağam. Özümü əməliyyatlardan əvvəl ağır hiss edirdim. Çünki ağrılarım çox idi.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı Ayan Babakişiyeva ilə əlaqə saxlayıb.
Sənətçi bildirib ki, əməliyyatı fevralın birində gerçəkləşib:
"Əməliyyatlarım şükürlər olsun ki, çox uğurlu alındı. Uğurlu ona görə alınıb ki, çox cüzi yəni hiss edilməyəcək dərəcədə kiçik toxunuşlarla korreksiya olunub. Göz nahiyyəmi dartdırdım (endoskopik üz gərmə - red.), buxağımda və bədənimdə liposaksiya əməliyyatı keçirdim. Artıq keçirdiyim əməliyyatların uğurlu nəticəsini görürəm".
Qeyd edək ki, müğənni illər əvvəl burnunda "rinoplastika" və bədənində "liposaksiya" əməliyyatı keçirib.