Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real” və “Barsa” azarkeşləri eyni fikirdə: Hər ikisi dəlidir - VİDEO

Tarix: 6 Mart 2023 19:12

İspaniya kuboku çərçivəsində keçirilən "El-klassiko"da "Barselona"nın futbolçu Qavi ilə "Real"ın oyunçusu Vinisius Junior dəfələrlə mübahisə ediblər.

Milli.Az xəbər verir ki, epizodların birində onların mübahisəsi qarşılıqlı söyüşlə yadda qalıb. Qarşılaşmadan sonra sosial şəbəkələrdə yayıma daxil olmayan bir epizod paylaşılıb. Orada Qavi əvvəlcə Vinisiusun əlini sıxır, sonra onu arxadan itələyir və braziliyalıdan "cavab" alır.

Videoya yazılan şərhlərdə həm "Real", həm də "Barsa" azarkeşləri hər iki oyunçunun son dərəcə qəribə davrandığını qeyd edərək onları "dəli" adlandırıblar. (publika)

Milli.Az


Etiketlər:  Real Barsa azarkeşləri eyni fikirdə Hər ikisi dəlidir VİDEO


RƏYLƏR