Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sərnişin avtobusu belə alovlandı - VİDEO - FOTO

Bakıda sərnişin avtobusu belə alovlandı - VİDEO - FOTO

Tarix: 7 Mart 2023 10:14

Xocasən yolunda avtobus yanıb.

Bu barədə Sonxeber.net-a Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.


Etiketlər:  Bakıda sərnişin avtobusu belə alovlandı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ