Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Tiflisə şok xəbərdarlıq: Tərəfdaşlıq pozula bilər!

ABŞ-dan Tiflisə şok xəbərdarlıq: Tərəfdaşlıq pozula bilər!

Tarix: 8 Mart 2023 14:54

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar sanksiyalara məruz qala bilərlər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti "xarici agentlər" barəsində qanun layihəsinə görə vətəndaşların öz etirazlarını dinc şəkildə ifadə etməsinə mane olmamalıdır.

"Dinc nümayişçilərin danışmaq hüququ olmalıdır, bu hüquq Gürcüstan və bütün dünya xalqları üçün mövcuddur", - Prays brifinqdə deyib.

O vurğulayıb ki, Vaşinqton Gürcüstandakı vəziyyəti izləyir:

"Birləşmiş Ştatlar sərbəst toplaşmaq və danışmaq hüquqlarını dinc şəkildə həyata keçirənlərin yanındadır", - Prays əlavə edib.

O, həmçinin bildirib ki, Gürcüstanda "xarici agentlər" haqda qanunun qəbulu Vaşinqtonla Tiflis arasında tərəfdaşlığa xələl gətirə bilər.


Etiketlər:  ABŞ Tiflisə şok xəbərdarlıq Tərəfdaşlıq pozula bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ