Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır

Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır

Tarix: 8 Mart 2023 16:30

Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

"Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin, əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Milli.Az


Etiketlər:  Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ