Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO: Gürcüstan Parlamentində qəbul edilmiş qanun layihəsi geriyə addımdır

NATO: Gürcüstan Parlamentində qəbul edilmiş qanun layihəsi geriyə addımdır

Tarix: 8 Mart 2023 23:56

NATO Tbilisidə 1-ci oxunuşda qəbul edilmiş qanun layihəsindən narahatdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina tvitter paylaşımında bildirib.

"NATO-ya üzv olmaq istəyən Gürcüstan üçün önəmli olan ölkədə media azadlığı və vətəndaş cəmiyyəti üçün düzgün çərçivəyə malik olmaqdır. Bu qanun layihəsi geriyə addımdır və Gürcüstanın Avro-Atlantik inteqrasiya məqsədini irəliyə aparmır", - deyə paylaşımda qeyd edilib.

Milli.Az


Etiketlər:  NATO Gürcüstan Parlamentində qəbul edilmiş qanun layihəsi geriyə addımdır


RƏYLƏR