Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şok: Xəzərdə suyun səviyyəsi 30 metr azalacaq

Şok: Xəzərdə suyun səviyyəsi 30 metr azalacaq

Tarix: 9 Mart 2023 21:28

Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: "Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb".

Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: "Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir".

Milli.Az


Etiketlər:  Şok Xəzərdə suyun səviyyəsi 30 metr azalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ