Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda polis əməkdaşının meyiti tapılıb

Gürcüstanda polis əməkdaşının meyiti tapılıb

Tarix: 9 Mart 2023 23:30

Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Zuqdidi şəhərində polis bölmələrindən birinin növbətçi məntəqəsində polis əməkdaşının meyiti aşkarlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın "Mtavari" telekanalı məlumat yayıb.

Bildirilib ki, fakt üzrə "İntihar həddinə çatdırma" maddəsi ilə istintaq aparılır.

İlkin versiyalardan birinə əsasən, polis əməkdaşı intihar edib.

Əldə olan məlumata görə, onun borcu olub. Ailə və dostlar isə onun psixi problemlərinin olduğunu deyiblər.

Polis əməkdaşının meyiti tibbi ekspertizaya göndərib.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Gürcüstanda polis əməkdaşının meyiti tapılıb


RƏYLƏR