Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

Tarix: 10 Mart 2023 08:14

Rusiya Ukraynanın 10 regionuna geniş raket zərbəsi endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib.

"Ağır gecə. Ölkə daxilində kütləvi raket hücumu. Kiyev, Kirovoqrad vilayəti, Dnepropetrovsk vilayəti, Odessa vilayəti, Xarkov vilayəti, Zaporojye, Lvov vilayəti, İvano-Frankivsk rayonu, Jitomir vilayəti, Vinnitsa vilayəti. Kritik infrastruktura, yaşayış binalarına hücumlar. Təəssüf ki, ölənlər və yaralananlar var. Ailələrə başsağlığı verirəm", - deyə Ukrayna lideri bildirib.

O, Ukraynaya 81 raket atıldığını bildirib. Zelenskinin sözlərinə görə, Rusiya "öz acınacaqlı taktikasına qayıtmaqla ukraynalıları yenidən qorxutmağa" çalışır.

Milli.Az


Etiketlər:  Zelenski Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ