Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 21:40
Nikol Paşinyanın arvadı Anna Akopyanın 8 Mart təbrik mesajında dedikləri çoxlarını şoka salıb. Bu, 2018-ci ildə hakimiyyətə gələn və onların arxasında duran qrupun rəhbər tutduğu siyasi xəttdir. Akopyanın yazdıqları təsadüf deyil, hətta bir nəfərin təxəyyülünün nəticəsi də deyil, bu, indiki hakimiyyətin ideoloji manifestidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Qeyd edək ki, Ermənistanın birinci xanımı 8 Mart təbrik mesajında "Mən heç vaxt xoşbəxt erməni qadını görməmişəm. Bizə əsrlər boyu dolayısı ilə öyrədilib ki, xoşbəxtlik fahişələrin işidir" deyə bildirmişdi.
Akopyanın bu təbriki ermənilər tərəfindən ciddi tənqidlə qarşılanıb.