Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 21:51
Fizioloq Rəşid Mahmudov mədə - bağırsaq problemlərinin həlli yolları barədə maraqlı açıqlama verib.
Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, belə problemlər mədədə baş qaldırdıqda Almagel A içmək məsləhət görülür.
O mədənin üzərini yağlı örüklə örtür. Çünki mədədə qastirt və digər yaralar ola bilər. Məhz bundan sonra aşağıda qeyd olunan məlhəmi içmək məsləhət görülür.
"Bu təbii məlhəmçün lazım olan 6 ədəd limon götürüb soyulur. Limon qabığında metil spirti var deyə, o görmə orqanlarına pis təsir edə bilər. Soyulmuş limon, 6 baş sarımsağ, 2- 3 dəstə cəfərini də ət maşınından keçirirsiniz.
Üzərinə 300 q yaxud 500 qram bal əlavə edilərək qarışdırılır. Alınan məlhəm 15 gün soyuq və qaranlıq yerdə saxlanılır. 15 gündən sonra həmin məlhəmi hər gün ac qarnına almagel A siropunu içdikdən sonra bir qaşıq səhər, günorta, axşam mədəyə qəbul edilir.
Bu qarışıq bütün orqanizmdən sklerotik prosesini ixrac edəcək. Toksinləri, mikrobları məhv edəcək. Bundan başqa qanı duruldacaq, qatı olan ödü təmizləyəcək. Bilirsiz ki, bağırsaqları işlədən öddür. Ödün tərkibində fol turşusu var. Bu turşü öddə uzun müddət qalanda çəküntü əmələ gəlir. Nəticədə öd daşı da əmələ gələ bilər. Öd daşının 50 % xolesterin, qalan faizi isə kalsiumdur. Kalsium əriyə bilər. Lakin xolesterin çox gec əriyib gedən maddədir.
Bu reseptlə həmin problemi aradan qaldırmaq mümkündür. İldə bir dəfə bu resepti qəbul etsəniz nəyinki mədə -bağırsaq, öd və immun sisteminizi möhkəmlətmiş olacaqsınız".