Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarda qalan 81 yaşlı kişi 6 gün sonra TAPILDI

Qarda qalan 81 yaşlı kişi 6 gün sonra TAPILDI

Tarix: 12 Mart 2023 07:22

ABŞ-ın Kaliforniya ştatında yağan güclü qar həyatı dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Biq Pine bölgəsindəki dağ evində yaşayan 81 yaşlı Cerri Joret Nevada ştatındakı ailəsini ziyarət etmək üçün yola düşüb.

Lakin Joretin təxminən 3 saat çəkməli olan səyahəti qarda ilişib qalıb. Joretin yaxınları uzun müddət 81 yaşlı kişidən xəbər ala bilməyəndə polisə məlumat veriblər. California Highvay Patrol qruplarının başlatdığı axtarış-xilasetmə işləri çərçivəsində cib telefonu siqnalı aşkar edilib. Vertolyotla axtarış aparan şəxsin daş olduğunu düşündüyü obyekt diqqətini çəkib. Enən və obyekti yoxlayan pilot avtomobilin qarda ilişib qaldığını və pəncərədən əl yellədiyini görüb.

Kaliforniya Şosse Patrulunun verdiyi açıqlamada, avtomobilin tapılmasından sonra başladılan xilasetmə işləri zamanı 81 yaşlı Cerri Joretin xilas edilib. Qocanın dərhal xəstəxanaya köçürüldüyü, vəziyyətinin yaxşı olduğu bildirilib.

Joretin nəvəsi Kristian Jore mediaya açıqlamasında babası Joretin təsadüfən dar yola çıxdığını və qarda ilişib qaldığını bildirib. Qocadan günlərdir xəbər almadıqlarını bildirən Kristian 6 gündən sonra 81 yaşlı babasına tapıldığını deyib. Avtomobili qarda qalan Joretin yanındakı kruvasan, konfet, peçenye və qəlyanaltılarla 6 gün sağ qaldığı öyrənilib.

Digər tərəfdən babasının xəstəxanada cəmi bir neçə saat qaldığını və heç bir hipotermiya əlaməti göstərmədiyini qeyd edən Kristian, "Tibb bacıları həyati dəyərlərinin yaxşı olduğunu gördükdə şoka düşdülər" deyib. Xəstəxanadan çıxan Joret Biq Pinedəki evinə qayıdıb.

Milli.Az


Etiketlər:  Qarda qalan 81 yaşlı kişi 6 gün sonra TAPILDI


RƏYLƏR