Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2023 21:38
Fransa Liqasının 27-ci turunda "Brest"lə keçirilən oyun PSJ-nin futbolçusu Lionel Messi üçün əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu 2:1 hesabı ilə qalib gəldikləri matçın 90+1-ci dəqiqəsində Kilian Mbappenin vurduğu qolun ötürməsini edib.
Bu, Messinin klub formasında etdiyi 300-cü qol ötürməsi olub.
Qeyd edək ki, Messi bu mövsüm Fransa Liqasında 22 görüşdə 13 qol vurub və eyni sayda qol ötürməsi edib.