Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənzilini yandırdı, yeddinci mərtəbədən atıldı və sağ qaldı

Mənzilini yandırdı, yeddinci mərtəbədən atıldı və sağ qaldı

Tarix: 13 Mart 2023 09:38

Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pəncərəsindən atıb.

Məlumata görə, həmin şəxs Moskvanın Kronstadtski bulvarında yerləşən yaşayış binasının mənzillərdən birində yaşayır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 2023-cü il martın 12-də moskvalı yaşadığı evini yandırıb. Daha sonra o, yeddinci mərtəbənin pəncərəsindən atılıb.

İntihara cəhd etdiyi güman edilən şəxsin sağ qaldığı bildirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, həkimlər zərərçəkmişi müayinə ediblər.

Təcili yardım əməkdaşları mənzilin qapısını açıb yanğını söndürə biliblər. Yanğının sahəsi cəmi beş kvadratmetr olub və yalnız kişinin şəxsi əşyaları yanıb.


Etiketlər:  Mənzilini yandırdı yeddinci mərtəbədən atıldı sağ qaldı


RƏYLƏR