Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 20:00
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Qazaxıstanın paytaxtı Astana şəhərində konsert verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, çıxış zamanı ifaçının başına xoşagəlməz hadisələr gəlib. "Мир сошел сума" ("Dünya dəli olub") mahnısını oxuyan zaman Coninin mikrofonu sönüb. Müğənni onu yandırmağa çalışsa da, alınmayıb.
O, komandasına bununla bağlı işarə etsə də, mikrofon düzəlməyib. Tamaşaçılar həmin an Conini alqışlamağa başlayıblar.
Problem aradan qaldırılsa da, bir neçə ifadan sonra mikrofon yenidən işləməyib. Digər bir ifası zamanı isə Coninin fonoqramı kəsilib. Sənətçi mahnını canlı oxumağa başlayıb.
Yenidən mikrofonu bağlananda isə əsəbiləşən Coni mikrofonu yerə vurmağa başlayıb. Tamaşaçılar həmin anları sosial şəbəkədə paylaşaraq, təşkilatçıları tənqid ediblər.