Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beşiktaş''ın xeyriyyə matçı üçün danışıq apardığı Azərbaycan klubu BƏLLİ OLDU

''Beşiktaş''ın xeyriyyə matçı üçün danışıq apardığı Azərbaycan klubu BƏLLİ OLDU

Tarix: 15 Mart 2023 07:00

Türkiyə "Beşiktaş"ı Bakıda "Sabah" klubu ilə xeyriyyə oyunu keçirə bilər.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlama verib.

71 yaşlı mütəxəssis iki klub arasında danışıqların davam etdiyini bildirib: "4-5 gün öncə danışdıq. Oyunun tarixi tam dəqiqləşməyib. Biz martın 21-i və ya 24-də oynamağı təklif etdik. Onlar isə matçın martın 25-də keçirilməsini istəyirlər".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu olacağını açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Etiketlər:  Beşiktaşın xeyriyyə matçı üçün danışıq apardığı Azərbaycan klubu BƏLLİ OLDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ