Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya müharibəsi belə başlaya bilər - General

Dünya müharibəsi belə başlaya bilər - General

Tarix: 16 Mart 2023 11:58

Dünya miqyasında hərbi münaqişə ciddi fövqəladə vəziyyət zamanı böyük dövlətlər arasında rabitə kanallarının olmaması səbəbindən baş verə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı general, ABŞ Dəniz Piyadaları Korpusunun komendantı Devid Berger deyib.

O qeyd edib ki, fövqəladə vəziyyətin həlli üçün tərəflərin hərbi-siyasi rəhbərliyi arasında zəif təmas yaranarsa, müxtəlif dövlətlərin təyyarələrinin toqquşması genişmiqyaslı münaqişəyə səbəb ola bilər.

Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.

Milli.Az


Etiketlər:  Dünya müharibəsi belə başlaya bilər General


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ