Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2023 19:26
Şarlotta Uelsin ötən il ekranlara çıxmış "Günəşim mənim" filmi ötən ilin sensasiyası sayılır. Film nüfuzlu Kann və BAFTA, "Oskar" mükafatlarına layiq görülüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, filmin rejissoru insanlarda maraq oyatmış bu filmin necə çəkilməsi barədə danışıb. O qeyd edib ki, Britaniya istehsalı olan filmdə hər kəs öz keçmişini, uşaqlığını gördüyündən maraqla qarşılanıb.
Filmə baxarkən elə təəssürat yaranır ki, o ailə fotolarından və həvəskar videogrüntülərdən toplanmış çoxlu kadrların cəmidir. Rejissor filmdə öz ailə albomları və videoarxivlərindən yetərincə istifadə edib.
Qeyri-adi çəkiliş texnikası olan "Günəşim mənim" filmi elə çəkiliş formasına görə sensasiya sayılır. Film 1990-cı illəri əhatə edir. Həmin illərin geyimləri, musiqiləri orta nəslin nümayəndələri üçün çox doğmadır və film sanki 30 yaşdan yuxarı bütün insanları evinə, keçmişə, öz dünyasına səyahətə aparır.