Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''El Klassiko''nun vaxtı dəyişdirildi

''El Klassiko''nun vaxtı dəyişdirildi

Tarix: 18 Oktyabr 2019 01:16

La Liqanın 10-cu turunda oktyabrın 26-ı keçirilməli olan "Barselona" - "Real" görüşünün vaxtı dəyişdirilib.

Qol.az-ın "Cadena Ser"ə istinadən yaydığı xəbərə görə,  buna Kataloniyada baş verən etiraz aksiyaları səbəb olub. La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə "El Klassiko"nun oktyabrın 26-da yox, dekabrın 18-də keçirilməsinə qərar verib.

Görüşün başlama saatının isə hələlik müəyyənləşmədiyi vurğulanıb.

 


Etiketlər:  Klassikonun vaxtı dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ