Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mriya'' sirri: Ukrayna qəsdən zərbə altında saxladı

''Mriya'' sirri: Ukrayna qəsdən zərbə altında saxladı

Tarix: 17 Mart 2023 08:50

Qostomel hava limanında məhv edilən dünyanın ən böyük təyyarəsi "Mriya" Rusiya hücumu ərəfəsində Almaniyanın "Leypsiq/Halle" hava limanına uçmalı idi.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşrinin araşdırmasında deyilir.

"Leypsiq/Halledə An-225-in 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücum etməsindən əvvəl təhlükəsiz yerə aparılmalı idi. Müharibə başlamazdan əvvəl axşam ekipaj və pilotlar tam yanacaqla doldurulmuş yük təyyarəsinə mindilər, lakin kapitan Dmitri Antonovun sözlərinə görə, onlara yüksək rəhbərliyin göstərişi ilə havaya qalxmağa icazə verilməyib. Bir il sonra tamamlanan təhqiqat hesabatı göstərir ki, Leypsiq/Halle hava limanı rus hücumundan bir ay əvvəl "Mriya"nı xilas etmək üçün bütün hazırlıqları tamamlamışdı.

Belə ki, 26 yanvar 2022-ci il tarixindən etibarən Almaniyada "Mriya" üçün parkinq yeri hazırlanmışdı", - deyə bildirilib.

Aeroportun sözçüsü Uve Şuxart nəşrə təsdiqləyib ki, An-225 və An-124-ün köçürülməsi fevralın 25-nə planlaşdırılıb. Bu, fevralın 21-də təsdiqlənib. Bu barədə həftələr əvvəl müzakirələr aparılıb.

Qostomeldəki aerodromun peyk şəkilləri göstərir ki, təyyarə qəsdən zərbə altında saxlanılıb, halbuki digər təyyarələrə toxunulmamışdı.


Etiketlər:  Mriya sirri Ukrayna qəsdən zərbə altında saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ