Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib

Türkiyə XİN Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib

Tarix: 18 Mart 2023 07:52

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma "erməni soyqırımı"na dair bəyanatına cavab verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, XİN bununla bağlı bəyanat yayıb.

"Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli "Aİ-Ermənistan münasibətləri" adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlər reallığı əks etdirmir", - deyə nazirlik vurğulayıb.

Qeyd olunub ki, Türkiyə Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaq yerinə siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edir.

Milli.Az


Etiketlər:  Türkiyə XİN Avropa Parlamentinin qondarma erməni soyqırımına dair bəyanatına cavab verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ