Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib

Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib

Tarix: 18 Mart 2023 08:26

Martın 17-də axşam saatlarında rus qoşunları İranın Shahed kamikadze pilotsuz təyyarələrini Ukraynaya göndərib. Hava hücumundan müdafiə qüvvələri düşmən hədəflərinin əksəriyyətini məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin "Mərkəz", "Şərq" və "Qərb" hava komandanlıqlarının qüvvə və vasitələri mərkəzi, qərb və şərq bölgələrində müvafiq olaraq 11 hücum PUA-sını məhv edib", - məlumatda deyilir.

Bildirilir ki, söhbət İran istehsalı olan Shahe-136/131" tipli kamikadze dronlardan gedir.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ