Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda küçədə tapılan yeni doğulmuş körpəyə KİM sahib çıxdı?

Bakıda küçədə tapılan yeni doğulmuş körpəyə KİM sahib çıxdı?

Tarix: 18 Oktyabr 2019 10:38

Bakı. Samir Əli - Trend:

Bakıda küçədən yeni doğulmuş uşaq aşkarlanıb.

Bu barədə Trend-ə Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib.

İlkin araşdırma zamanı uşağın vaxtından əvvəl doğulduğu məlum olub və uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik uşağın kim tərəfindən küçəyə atıldığı məlum deyil.


Etiketlər:  Bakıda küçədə tapılan yeni doğulmuş körpəyə KİM sahib çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ