Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 23:38
"Qarabağ"ın hücumçusu Ramil Şeydayev karyerasını hazırkı komandasında davam etdirə bilər.
Sonxeber.net bildirir ki, matc.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu 27 yaşlı forvardı saxlamaqda maraqlıdı.
Bu üzdən millimizin üzvünə artıq yeni müqavilə təklif olunub. Azərbaycan çempionu Şeydayevə mövsümün sonuna qədər olan sözləşməsini daha 2 il müddətinə uzatmağı təklif edib. Futbolçu eyni zamanda Macarıstan klubu "Debretsen"in də maraq dairəsindədi.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 17 qola imza atan Ramil Şeydayev bombardirlər yarışında ikinci pillədə qərarlaşıb.