Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha 27 İran vətəndaşı və 15 təşkilata sanksiya tətbiq edildi

Daha 27 İran vətəndaşı və 15 təşkilata sanksiya tətbiq edildi

Tarix: 20 Mart 2023 18:32

Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar paketi elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat verib.

Qara siyahıya 13 vətəndaş və "Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli" bir təşkilat daxil edilib.

"Avstraliya İran vətəndaşlarına və Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə iştirak edən bir təşkilata qarşı əlavə sanksiyalar tətbiq edir", - Daxili İşlər Nazirliyi bildirib.

"Paravar Pars" və "Qods Aviation Industries", eləcə də Avstraliya hökumətinin məlumatına görə, İran pilotsuz təyyarələrini Rusiya Federasiyasına göndərən "Safiran Airport Services" şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.

Milli.Az


Etiketlər:  Daha 27 İran vətəndaşı 15 təşkilata sanksiya tətbiq edildi


RƏYLƏR