Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ''xarici agentlər''in sayı artır - Varlamov da siyahıya salındı

Rusiyada ''xarici agentlər''in sayı artır - Varlamov da siyahıya salındı

Tarix: 23 Mart 2023 23:32

Rusiya Ədliyyə Nazirliyi bloqer İlya Varlamovu xarici agentlərin reyestrinə daxil edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu barədə TASS məlumat yayıb.

Bloqer Rusiya Ədliyyə Nazirliyinin əmrinə uyğun olaraq xarici agent kimi tanınıb. Varlamovdan başqa xarici agentlər siyahısına "Aqora" hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov, politoloq Ruslan Aysin, "Dojd" telekanalının keçmiş jurnalisti  Bogdan Bakaleyko, İnkişaf Akademiyasının təsisçisi Svetlana Peunova daxil edilib.

2022-ci ilin sonunda Varlamov "Romir"ə görə, Bloqqerlər kateqoriyasında Rusiyanın ən yaxşı 10 rəy lideri sırasına daxil olub. İctimai rəyə təsir göstərənlərin siyahısına jurnalist və teleaparıcı Kseniya Sobçak, politoloq Yekaterina Şulman (o da Rusiyada xarici agent kimi tanınır) və Qoblin təxəllüsü ilə tanınan bloger Dmitri Puçkov da daxildir.


Etiketlər:  Rusiyada xarici agentlərin sayı artır Varlamov siyahıya salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ