Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 09:54
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Twitter" sahibi bunu özünün sosial şəbəkə hesabından həyata keçirib.
Belə ki, Ağ Ev rəhbəri çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədəki uğurundan danışıb.
Mask isə bu çıxışa - "Hmm... banklar əriyir", - deyə reaksiya verib. O, bu yolla ABŞ-də bir neçə kredit təşkilatının iflasına işarə edib.
Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan "Silikon Valley Bank"ın cəmi iki günə iflasa uğradığı məlum olub. Ardınca oxşar səhm portfelinə malik "Signature Bank" da bağlanıb.