Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbağça”-“Zenit” matçında azarkeşlər arasında dava düşdü - VİDEO

“Fənərbağça”-“Zenit” matçında azarkeşlər arasında dava düşdü - VİDEO

Tarix: 24 Mart 2023 10:18

"Fənərbağça" - "Zenit" yoldaşlıq görüşünün birinci hissəsinin sonunda Şükrü Saracoğlu stadionunun tribunalarında türkiyəli azarkeşlərlə rusiyalı fanatlar arasında münaqişə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qonaqlar "Rusiya! Rusiya!" qırqırmağa başlayıblar ki, bu da yerli futbol həvəskarlarını qıcıqlandırıb.

Vəziyyətə polis müdaxilə etməli olub. Sankt-Peterburq klubunun azarkeşləri sonda polisin müşayiəti altında tribunaların altındakı əraziyə aparılıblar. 
Qeyd edək ki, "Fənərbaxça" və "Zenit" komandaları arasında yoldaşlıq görüşü xeyriyyə məqsədilə keçirilib və 2:2 hesabı ilə başa çatıb. Oyundan əldə olunan bütün gəlir Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım üçün istifadə olunacaq.

Milli.Az


Etiketlər:  Fənərbağça Zenit matçında azarkeşlər arasında dava düşdü VİDEO


RƏYLƏR