Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vera Brejneva tanınmaz halda - VİDEO

Vera Brejneva tanınmaz halda - VİDEO

Tarix: 25 Mart 2023 14:38

"VİA Qra" qrupunun keçmiş solisti Vera Brejneva obrazında radikal dəyişiklik etmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, yeni mahnı yazdırıb klip çəkdirən məşhur görüntülərini sosial mediada paylaşıb.

41 yaşlı müğənni imicini kökündən dəyişərək qaraşın olub. O, kamera qarşısına qısa saçda və makiyajsız keçib. Kardinal dəyişikliklər təkcə görünüşə təsir göstərməyib. İndi müğənni "Vera Brejneva" adı ilə deyil, sadəcə olaraq "Vera" adı ilə çıxış edir.

Məlumat üçün bildirək ki, Ukraynaya qarşı hərbi əməliyyatlar başlayandan sonra müğənni Rusiyanı həmişəlik tərk edib. Keçən il dekabrın 7-də Vera uzun müddətdən sonra ilk dəfə səhnəyə çıxıb və Riqada kiçik konsert verib. (publika)

Milli.Az


Etiketlər:  Vera Brejneva tanınmaz halda VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ