Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Norveç Rusiya sualtı qayıqlarından qorxdu

Norveç Rusiya sualtı qayıqlarından qorxdu

Tarix: 26 Mart 2023 21:16

Norveç Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Rune Andersen Rusiyanın müasir sualtı qayıqlarından narahatlığını bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TV2 kanalı məlumat verib.

Kanalın məlumatına görə, Rusiyanın "Severodvinsk" və "Yuri Dolqoruki" atom sualtı qayıqları tez-tez Atlantik okeanının şimal və cənub hissələrinə növbətçiliyə çıxırlar.

Vitse-admiral rus sualtı qayıqlarının səssiz və müasir raketlərlə təchiz olunduğunu bildirib.

Onun sözlərinə görə, bu cür sualtı qayıqlar Avropa və ABŞ-ın strateji hədəfləri üçün təhlükə törədə bilər.

Milli.Az


Etiketlər:  Norveç Rusiya sualtı qayıqlarından qorxdu


RƏYLƏR