Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"ın futbolçusu: "Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı"

Tarix: 27 Mart 2023 08:02

"Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "Qalatasaray"ın futbolçusu Yunus Akgün Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

23 yaşlı yarımmüdafiəçi matçın maraqlı və çətin alındığını bildirib: "Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə çox sağ ol düşür".

Forvard komandanı coşqu ilə qarşılayan azərbaycanlı azarkeşlərə təşəkkür edib: "Burada bizi bir çox "Qalatasaray" fanatı qarşıladı. Təyyarədən düşdüyümüz andan etibarən özümüzə qarşı xoş münasibət gördük".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" oyunundan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Milli.Az


Etiketlər:  Qalatasarayın futbolçusu Azərbaycan qardaş ölkədir bizi çox yaxşı qarşıladı


RƏYLƏR