Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekspert: "Vaqner" Ukraynada tükənir...

Ekspert:

Tarix: 27 Mart 2023 08:38

Kritik dərəcədə yüksək itkilər səbəbindən "Vaqner" qrupu praktiki olaraq döyüş qüvvəsi kimi mövcud olmağı dayandırıb. Qrupun cəbhə xəttindəki funksiyalarını nizami Rusiya ordusunun desant bölmələri yerinə yetirməyə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

"Vaqner"in itkilərini vaxtında kompensasiya etmək və bölmələrin döyüş qabiliyyətinin bərpası mümkün olmadığı üçün desant qoşunları şəhər döyüşlərində getdikcə daha tez-tez görünməyə başlayıb. Bu, "Vaqner" qrupunun muzdluları arasında kritik dərəcədə yüksək itkiləri təsdiqləyir. Xüsusən də nəzərə alsaq ki, bu şəxsi ordunun sahibi Yevgeni Priqojin həbsxanalardan məhbusları cəlb etməklə itkilərini ödəmək imkanını itirib", - o bildirib.

Milli.Az


Etiketlər:  Ekspert Vaqner Ukraynada tükənir


RƏYLƏR