Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya - FOTOlar

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya - FOTOlar

Tarix: 27 Mart 2023 11:08

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən ekskursiyada 25 gənc ödənişsiz şəkildə iştirak etdi.

"Heydər Əliyev İli" çərçivəsində baş tutan bu gəzintinin əsas məqsədi gənclərimizə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha çox aşılamaq və xatırlatmaq idi.

Ekskursiya zamanı gənclər bələdçi ilə birlikdə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular və Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ulu Öndər Heydər Əliyevin həyatı haqqında maraqlı faktları dərindən öyrəndilər.

Ekskursiya zamanı bir çox maraqlı fotolar çəkildi.

Milli.Az


Etiketlər:  Heydər Əliyev İli çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya FOTOlar


RƏYLƏR